Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 15 sentyabr - Bilik Günü ilə əlaqədar 2013-cü ildə respublikanın ali təhsil müəssisələrinə daxil olmuş aktiv müştərilərin övladları arasında "Biliyini Kapitala Çevir" Tələbə Təqaüd Proqramına start verib.
Təşkilatın missiyasına uyğun olaraq, Tələbə Təqaüd Proqramının əsas məqsədi aşağı gəlirli müştərilərin universitetlərə yüksək balla daxil olmuş övladlarına effektiv ali təhsil almaları və peşəkar mütəxəssis olmaları üçün dəstək olmaqdan ibarətdir. Proqramda yalnız 800 AZN / 1000 USD və daha aşağı məbləğdə kredit götürən müştərilərin övladları iştirak edə bilərlər.
Proqram çərçivəsində ölkə üzrə təqaüd alanların ümumi sayının 18 nəfər olması nəzərdə tutulur. Sənədlər 20 sentyabr, saat 18:00-dək "FINCA Azerbaijan"ın ölkə üzrə 60-dan çox filial və sub-ofislərinə təqdim oluna bilər. Proqram və onun şərtləri haqqında daha geniş məlumatı "FINCA Azerbaijan"ın məlumat mərkəzindən (*2525) əldə etmək mümkündür.
Nargiz Ibrahimova
PR Officer
FINCA Azerbaijan
1065, J.Jabbarli 44, Baku, Azerbaijan
Tel/Fax: +994 12 596 33 84
www.fincaazerbaijan.com