...

“Azərsu” ASC: Leysandan sonra Bakıda yaranan problemlərin əksəriyyəti yağıntıların həcminin həddindən artıq çox olması ilə bağlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 12:21 (UTC +04:00)
Bakı küçələrində leysandan sonra yaranan problemlərin böyük əksəriyyəti infrasturkurun hazır olmaması ilə deyil, yağıntıların həcminin həddindən artıq çox olması ilə bağlıdır.
“Azərsu” ASC: Leysandan sonra Bakıda yaranan problemlərin əksəriyyəti yağıntıların həcminin həddindən artıq çox olması ilə bağlıdır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Axundov /

Bakı küçələrində leysandan sonra yaranan problemlərin böyük əksəriyyəti infrasturkurun hazır olmaması ilə deyil, yağıntıların həcminin həddindən artıq çox olması ilə bağlıdır. Bu barədə Trend-ə çərşənbə axşamı "Azərsu" ASC-dən bildirilib.

"Ciddi problemlər hətta ayrıca nasos qurğusunun da işlədiyi metronun "Gənclik" stansiyasının tunellərində də müşahidə olunub. "Azərsu"nun mütəxəssisləri yağışın fəsadlarını aradan qaldırmaq məqsədilə bütün gecəni işləyiblər. Hazırda işlər Ziya Bünyadov, Babək prospektlərində və şəhərin digər rayonlarında davam etdirilir. Həmçinin gecə yağan leysandan hələ də kanalizasiya sistemi olmayan şəhərətrafı qəsəbələrdə şəxsi evlərə də ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti