...

AZPROMO: 2013-cü ildə Azərbaycanla Avstriya arasında əmtəə dövriyyəsi praktiki olara ikiqat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 12:14 (UTC +04:00)
Azərbaycanla Avstriya arasında əmtəə dövriyyəsi ötən illə müqayisədə 94 faiz artıb.
AZPROMO: 2013-cü ildə Azərbaycanla Avstriya arasında əmtəə dövriyyəsi praktiki olara ikiqat artıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E. Əliyev/

Azərbaycanla Avstriya arasında əmtəə dövriyyəsi ötən illə müqayisədə 94 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.

R.Məmmədov deyib: "2012-ci ilin yekunları üzrə bu göstərici təqribən 264 milyon dollar təşkil edirdi. Biz ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə artdığını qeyd etməyə şadıq".

Onun sözlərinə görə, bu gün ölkədə Avstriya kapitalının iştirakı ilə 46 şirkət fəaliyyət göstərir: "Biz avstriyalı həmkarlarımızın milli iqtisadiyyatımıza sərmayə qoymaq maraqlarını alqışlayırıq. Azərbaycan da Avstriya kapitalını ölkədə həyata keçirilən Sumqayıt Kimya-Sənaye Parkı və digərləri kimi iri layihələrdə iştiraka cəlb etməyə çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti