...

"Alfa Sığorta" şirkətinin xidmət şəbəkəsi genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 15:32 (UTC +04:00)
Müştəri bazasının son zamanlar artmasını nəzərə alaraq, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, filial şəbəkəsinin genişləndirilməsi planına uyğun olaraq yaxın günlərdə “Alfa Sığorta” şirkətinin Y.V.Çəmənzəminli küçəsi, 931-ci kvartalda yerləşən yeni ofisi müştərilərin istifadəsinə verilmişdir.
"Alfa Sığorta" şirkətinin xidmət şəbəkəsi genişləndirilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Müştəri bazasının son zamanlar artmasını nəzərə alaraq, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində filial şəbəkəsinin genişləndirilməsi planına uyğun olaraq yaxın günlərdə "Alfa Sığorta" şirkətinin Y.V.Çəmənzəminli küçəsi, 931-ci kvartalda yerləşən yeni ofisi müştərilərin istifadəsinə verilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni ofisdə müştərilərə bütün sığorta növləri üzrə xidmət göstərilməsi, sığorta məhsullarının satışı və məsləhətlərin verilməsi üçün əlverişli şərait yaradılıb.

Şirkət öz nümayəndəliklərinin coğrafiyasını genişləndirməklə müştəriyə yaxın olmağa, onların vaxtına qənaət etməyə, qarşıya çıxan sualları vaxtında cavablandırmağa can atır.
Şirkət müştəriyönümlülüyün gücləndirilməsini gələcəkdə də öz fəaliyyət istiqaməti kimi saxlayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti