...

Azərbaycan yük avtomobili və traktor istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2014 07:55 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.
Azərbaycan yük avtomobili və traktor istehsalını artırıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.

2013-cü ildə traktor istehsalında artım müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti