...

Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasını dayandırmağa çalışır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 11:15 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankı milli valyutanın - lirənin məzənnəsinin ucuzlaşmasını dayandırmaq üçün üç əsas faiz dərəcələrini artırıb.
Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasını dayandırmağa çalışır

Azərbaycan, Bakı, 29 yanvar / Trend, müxbir R.Hafizoğlu /

Türkiyə Mərkəzi Bankı milli valyutanın - lirənin məzənnəsinin ucuzlaşmasını dayandırmaq üçün üç əsas faiz dərəcələrini artırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, həftəlik REPO-nun dərəcəsi 4,5 faizdən 10 faizədək artırılıb.

Bundan əlavə, Türkiyə Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcələrini 7,75 faizdən 12 faizədək, depozitlər üzrə isə 3,5 faizdən səkkiz faizədək artırıb.

Bundan əvvəl, ölkənin Mərkəzi Bankı türk lirəsinin mıəzənnəsinin sabit saxlanması üçün iki milyard dolların intervensiyasının həyata keçirmişdi, lakin bu cəhd uğursuz olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti