...

DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 116 faiz icra edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 13:39 (UTC +04:00)
“2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2012-ci ilə nisbətən 8 faiz və ya 199,3 mln. manat, sosial sığorta gəlirləri isə 12,2 faiz və ya 173,2 mln. manat artmışdır”.
DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 116 faiz icra edib (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2012-ci ilə nisbətən 8 faiz və ya 199,3 mln. manat, sosial sığorta gəlirləri isə 12,2 faiz və ya 173,2 mln. manat artmışdır". Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun 2013-cü ildəki fəaliyyətinin yekunlarını şərh edərkən deyib.

Fond sədri vurğulayıb ki, ötən il sosial sığorta daxilolmalarının 62,5 faizi və ya 997,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb: "Bu da əvvəlki ilə nisbətən 14,6 faiz çox olmaqla proqnozun 116 faiz icra edildiyini göstərir. Eyni zamanda fiziki şəxslərdən daxilolmalar 28,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 21,8 faiz artmışdır".

DSMF sədri vurğulayıb ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub. Bu isə öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti