...

Azərbaycanda əmək kitabçaları ləğv ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 13:39 (UTC +04:00)
Azərbaycanda yaxın günlərdə elektron müqavilələrin rəsmiləşdirilməsinin e-sisteminin tətbiqinə başlanacaq.
Azərbaycanda əmək kitabçaları ləğv ediləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Əliyev/

Azərbaycanda yaxın günlərdə elektron müqavilələrin rəsmiləşdirilməsinin e-sisteminin tətbiqinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir deyib: "Bütün lazımi proqram təminatları artıq hazırdır. Habelə biz hazırda icra hakimiyyəti orqanları ilə razılaşdırma mərhələsində olan müvafiq qaydaların işlənməsini başa çatdırmışıq".

Onun sözlərinə görə, bu sistemin tətbiqi ilə Azərbaycanda əmək kitabçaları ləğv ediləcək: "Bu, bütün sivil dünyada hamı tərəfindən qəbul edilmiş praktikadır ki, onun çərçivəsində əmək kitabçalarının yerini elektron bildirişlər tutacaq".

S.Müslümovun sözlərinə görə, işə qəbul və əmək müqavilələrinin hazırlanması zamanı bütün müvafiq informasiya real vaxt rejimində və elektron formada daxil olacaq.

Azərbaycanın Əmək Məcəlləsinə edilmiş dəyişiklərə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir.

Düzəlişlərə görə, əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti