...

Xaçmazda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 18:21 (UTC +04:00)
Bu gün Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Səmərəli idarəetmənin təşkili” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilmişdir.
Xaçmazda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Bu gün Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Səmərəli idarəetmənin təşkili" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirakçılara biznes-planın mahiyyəti və tərtib edilməsi metodikası, istehsalat planı, maliyyə planı və s. barədə ətraflı məlumatlar verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "Səmərəli idarəetmənin təşkili" mövzusunda təqdimatlar keçirilmişdir.

Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti