...

Azərbaycan Mərkəzi Bankının xarici ehtiyatlarının 30 faizə yaxını qiymətli kağızlarda saxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2014 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyat aktivlərinin ümumi həcmindən 4,09 milyard dollar və ya 28,66 faiz qiymətli kağızlarda yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AMB-nin statistik hesabatında deyilir.

Müqayisə üçün: 2013-cü ilin analoji dövründə valyuta ehtiyatlarının ümumi həcmindən qiymətli kağızlarda 4,19 milyard dollar yerləşdirilmişdi.

Hesabatdakı rəqəmlərə görə, 9,93 milyard dollar digər mərkəzi banklardakı, Beynəlxalq Hesablaşmalar Bankında və Beynəlxalq Valyuta Fondunun (BVF) hesablarında yerləşdirilib. Onların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 41,45 faiz artıb, AMB-nin sərəncamında olan vəsaitlərin ümumi həcmində xüsusi çəkisi 69,59 faiz təşkil edir.

2014-cü ilin yanvar-fevral aylarının yekunları üzrə xarici valyutada AMB-in xarici valyutada ehtiyat aktivlərinin ümumi həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 21,24 faiz artaraq 14,27 milyard dollar təşkil edib. AMB-in xaruici valyutada ehtiyatları fevralın sonunda 14,03 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə (11,53 milyard dollar) 21,68 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti