...

İlin əvvəlindən Azərbaycanda 2 mindən çox gömrük qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2014 16:18 (UTC +04:00)
2014-cü ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2151 inzibati qanun pozuntusu aşkar edilib.
İlin əvvəlindən Azərbaycanda 2 mindən çox gömrük qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2151 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Onlardan 60-ı qanunsuz daşımaya cəhd, 53-ü əşya, mal və ya pul vəsaitlərinin bəyan edilmədən keçirilməsi, 1744-ü isə müvafiq sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 85 fakt qeydə alınıb.

Məlumata görə, 68 fakt qaçaqmalçılıqla, 47-si isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 32,47 kiloqram narkotik vasitə, 28,94 kiloqram psixotrop maddə ələ keçirilib.

Həmçinin aksiz markaları olmadan malların idxalı üzrə bir fakt qeydə alınıb.

Bu faktlar üzrə yanvar-mart aylarında şübhəli şəxs qismində 106 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti