...

Ötən ay brokerlərin renkinqinə "Çelsi Kapital" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 18:03 (UTC +04:00)
2014-cü ilin aprel ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə "Çelsi Kapital" MMC başçılıq edib.
Ötən ay brokerlərin renkinqinə "Çelsi Kapital" başçılıq edib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E. Əliyev/

2014-cü ilin aprel ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə "Çelsi Kapital" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 749,98 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

İkinci yeri ümumi həcmi 179,56 milyon manat olan broker xidmətləri göstərmiş "İnterneyşnl Tranzakşn Sistem" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 139,19 milyon manatla "Paşa Kapital" MMC qərarlaşıb.

2014-cü ilin aprel ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Brokerlər

Broker xidmətlərinin məbləği (AZN)

1

"Çelsi Kapital" MMC

749 976 157.85

2

"İnterneyşnl Tranzakşn Sistem" MMC

179 561 179.76

3

"Paşa Kapital" MMC

139 194 155.49

4

"Standard Kapital" MMC

31 027 123.47

5

"Texnika Kapital Menecment" MMC

12 588 912.68

6

"BoB Broker" MMC

10 993 085.00

7

"Unicapital" ASC

7 545 188.28

8

"ADB-Broker" MMC

6 343 222.72

9

"Xalq Kapital" MMC

2 441 810.78

10

"Caspian Financial Ltd" MMC

1 398 905.86

11

"Brokdil-Az" MMC

488 071.51

12

"İnvest-AZ" MMC

180 000.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti