...

Azərbaycan banklarının depozit bazası il ərzində 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2014 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Z.Qurbanova/

2014-cü ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycan banklarının depozit bazası 9,1 faiz, illik hesablamada isə 19,4 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

Mayın 1-nə olan məlumata görə, bank depozitlərinin, hüquqi və fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 2013-cü il mayın əvvəlinə olan 11 405,3 milyon manata nisbətdə 13 308,1 milyon manat təşkil edib.

Ümumi həcmin 6 831,5 milyon manatı manatla vəsaitlərin payına düşüb ki, bunun da 2 413 milyon manatını tələb olunanadək depozitlər, 4 418,5 milyon manatını isə müddətli depozitlər təşkil edir. Xarici valyutadakı vəsaitlərin payına 6 744,1milyon manat (müvafiq olaraq 1 920,1 milyon manat və 4 864 milyon manat) düşüb.

Ötən ilin analoji dövrü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 13,9 faiz, hüquqi şəxslərin depozitlərinin həcmi 25 faiz artıb. Rüb ərzində bu göstəricilər müvafiq olaraq 2,7 faiz və 15,9 faiz artıb.

2014-cü ilin yanvar-mart aylarında fiziki şəxslərin ölkənin banklarındakı əmanətlərinin həcmi 2013-cü ilin analoji dövründəki 5768,3 milyon manata nisbətdə 6569,9 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, əhali tərəfindən 4 067 milyon manat (61,9 faiz) milli valyutada, 2 502,9 milyon manat isə SDV-də yerləşdirilib.

2014-cü ilin yanvar-aprel aylarının nəticələrinə görə, maliyyə təşkilatlarının depozitlərinin həcmi 3 624,7 milyon manat təşkil edib. Bu rəqəm 2013-cü ilin analoji dövründə 2 688,6 milyon manat olub.

Qeyri-maliyyə təşkilatlarının depozitlərinin həcmi 3 421 milyon manat təşkil edib. Bu rəqəm 2013-cü ilin eyni dövrünün yekunları üzrə 2 948,4 milyon manat olub.

Hüquqi şəxslərin depozitlərinin həcmi 7045,7 milyon manat təşkil edib. Bu göstərici 2013-cü ilin analoji dövründə 5637 milyon manat olub.

Qeyd edək ki, Azərbaycanda 44 bank fəaliyyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti