...

Azərbaycan və ABŞ FATCA tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası sazişi ilin sonunadək imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2014 20:49 (UTC +04:00)
Bu gün Vergilər Nazirliyində vergilər nazirinin birinci müavini Natiq Əmirovun sədrliyi ilə Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı iclas keçirilib. İclasda Vergilər Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxsləri iştirak edib.
Azərbaycan və ABŞ FATCA tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası sazişi ilin sonunadək imzalayacaqlar

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bu gün Vergilər Nazirliyində vergilər nazirinin birinci müavini Natiq Əmirovun sədrliyi ilə Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı iclas keçirilib. İclasda Vergilər Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxsləri iştirak edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Vergilər Nazirliyinin FATCA ilə bağlı hazırladığı "FATCA və Azərbaycan" adlı təqdimatdan sonra FATCA ilə əlaqədar görülmüş işlər, dünyanın müxtəlif ölkələrində FATCA ilə bağlı mövcud vəziyyət barədə iclas iştirakçılarına məlumat verilib, məsələ ilə bağlı ətraflı müzakirələr aparılıb.

FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilib və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minib. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (IRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

Banklar da daxil olmaqla, xarici maliyyə institutları IRS-ə onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o cümlədən onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər.

İyunun 5-i tarixinə olan məlumata əsasən, artıq 34 ölkə ABŞ-la müvafiq saziş imzalayıb, 36 ölkə isə (o cümlədən Azərbaycan) saziş imzalamaq üçün danışıqları davam etdirir (həmin ölkələrlə bağlı məlumat http://www.treasury.gov/resource-center/tax-policy/treaties/Pages/FATCA-Archive.aspx linki vasitəsilə əldə edilə bilər).

FATCA ilə bağlı Azərbaycan tərəfindən indiyə kimi görülmüş işlər:
Azərbaycan Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədilə Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında FATCA tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası sazişin bağlanması məqbul hesab edilib. Qeyd edilən sərəncamla bağlanması nəzərdə tutulan hökumətlərarası sazişin modeli kimi mümkün olan ən əlverişli model, yəni dövlətlər arasında qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan 1A Modeli, məlumat mübadiləsinin aparılması məqsədi ilə səlahiyyətli orqan qismində isə Azərbaycan Vergilər Nazirliyi müəyyən edilib.

Hökumətlərarası saziş layihəsinin mətninin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinin eyni sərəncamı ilə Komissiya yaradılıb və Komissiya tərəfindən hökumətlərarası saziş layihəsinin ilkin mətni üzrə diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə aparılmış müzakirələr nəticəsində saziş layihəsinin 1A Modeli üzrə ümumilikdə razılıq əldə edilib, 16 may 2014-cü il tarixdə Azərbaycan Respublikası tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilib (http://www.treasury.gov/resource-center/tax-policy/treaties/pages/fatca-archive.aspx).

Azərbaycanın tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi nəticəsində Azərbaycanın maliyyə institutları üçün IRS-in portalında qeydiyyatdan keçməyin son müddəti 5 may 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılıb, bununla da Azərbaycan maliyyə institutlarının 1 iyul 2014-cü il tarixindən başlayaraq tətbiq ediləcək sanksiyaların təsiri altına düşmə ehtimalının qarşısı alınıb.

FATCA ilə bağlı bundan sonra görüləcək işlər:
Azərbaycan 31 dekabr 2014-cü il tarixinədək ABŞ-la hökumətlərarası saziş imzalamalı və həmin tarixədək Azərbaycanın maliyyə institutları IRS-in portalında qeydiyyatdan keçməlidirlər. Mahiyyəti üzrə razılıq əldə edilmiş hökumətlərarası saziş layihəsinin imzalanması təmin edildikdən sonra tərəflərin səlahiyyətli orqanları arasında məlumat mübadiləsinin praktiki təşkilinin formatı, konfidensiallığın qorunması və digər məsələləri tənzimləyən əlavə razılaşma bağlanacaq. Həmin razılaşmanın bağlanmasının son tarixi kimi 30 sentyabr 2015-ci il nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti