...

Azərbaycanın tədiyyə balansının profisiti 3,3 milyard dollar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 17:05 (UTC +04:00)
2014-cü ilin I rübünün yekunlarına əsasən, cari əməliyyat hesablarının profisiti 3,3 milyard dollar təşkil edib.
Azərbaycanın tədiyyə balansının profisiti 3,3 milyard dollar təşkil edib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Z.Qurbanova/

2014-cü ilin I rübünün yekunlarına əsasən, cari əməliyyat hesablarının profisiti 3,3 milyard dollar təşkil edib. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,5 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) tədiyyə balansında deyilir.

O cümlədən, həmin dövrdə neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 5 milyard dollar olub.

Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 1,6 milyard dollar həcmində kəsirini tam ödəyir.

Tədiyyə balansının ümumi profisiti ötən ilin eyni dövrünə nisbətən 66,1 faiz artaraq 2,8 milyard dollar olub.

Sektorlar üzrə tədiyyə balansının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin I rübündə də neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.

2014-cü ilin I rübündə xarici ticarət dövriyyəsinin ümumi həcmi 9,5 milyard dollar, xarici ticarət balansının müsbət saldosu isə 5,5 milyard dollar təşkil edib.

Bu dövrdə 117 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 7,7 faizi MDB ölkələrinin, 92,3 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, Böyük Britaniya, Türkiyə, İndoneziya, ABŞ, Rusiya, Almaniya, İsrail, Tailand, Yaponiya və Fransa ilə intensiv ticarət aparılıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 72,5 faizi bu ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti