...

Beyləqanda buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən hüquqpozmalar aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 16:38 (UTC +04:00)
Azərbaycanda buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Beyləqan rayonunda monitorinq keçirilib.
Beyləqanda buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən hüquqpozmalar aşkar olunub

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycanda buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Beyləqan rayonunda monitorinq keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq, 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün nazirliyin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib.

Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti