...

Mənbə: Azərbaycanın iri bankının sistemi işini dayandırmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2014 13:34 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya sisteminin işi dayanmayıb. Bunu çərşənbə günü Trend-ə bankdakı mənbə deyib.
Mənbə: Azərbaycanın iri bankının sistemi işini dayandırmayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycan Beynəlxalq Bankının (ABB) informasiya sisteminin işi dayanmayıb. Bunu çərşənbə günü Trend-ə bankdakı mənbə deyib.

Bəzi KİV-lər daha əvvəl məlumat veriblər ki, bankın elektron məlumat bazasında texniki problemlər ABB-nın bank və filiallarının fəaliyyətinin dayanmasına səbəb olub.

Mənbə bildirib: "Bank işini dayandırmayıb və davam etdirir. Sistemdə yaranmış problemlər xidmət göstərilməsində yubanmalara gətirib çıxarıb. Bankın müvafiq xidmətləri bunun üzərində işləyir". O əlavə edib ki, problem günün sonunadək tam aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti