...

Unibank-ın aktivləri 1 milyard dollara çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 16:01 (UTC +04:00)
Unibank-ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər iyulun əvvəlinə 1 milyard ABŞ dollarına çatıb.
Unibank-ın aktivləri 1 milyard dollara çatdı

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Unibank-ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər iyulun əvvəlinə 1 milyard ABŞ dollarına çatıb.

Öz maliyyə göstəricilərinə görə son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Unibank-ın uzunmüddətli reytinqini B "stabil" səviyyəsindən B "pozitiv"ə yüksəldib. "Fitch" mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, Unibank-ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.

"Moody's Investors Service" beynəlxalq agentliyi də Unibank-ın reytinq qiymətləndirməsi üzrə proqnozlarını "pozitiv"ə qədər yüksəldərək, bir daha bankın uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik "E+" səviyyəsində dəyərləndirib. Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliliyidir. Agentlik ekspertlərinin rəyinə görə, "Unibank" son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti