...

"Bank Technique" Türkiyənin təcili pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2014 15:24 (UTC +04:00)
"Bank Technique" ASC Türkiyənin "UPT" (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayıb.
"Bank Technique" Türkiyənin təcili pul köçürmələri sisteminə qoşulub

Azərbaycan, Bakı, 4 avqust /Trend/

"Bank Technique" ASC Türkiyənin "UPT" (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayıb. Bankdan bazaar ertəsi Trend-ə daxil olan məlumatda deyilir ki, artıq bankın müştəriləri Türkiyənin istənilən nöqtəsinə sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.

"UPT" sistemi qonşu dövlətdə 14 mindən çox xidmət nöqtəsi ilə (bütün poçt xidməti şöbələrini əhatə etməklə) sürətli, ucuz, etibarlı pul köçürmə əməliyyatlarını təklif edir. Sistem türk lirəsi, ABŞ dolları və avroda köçürmələrin həyata keçirilməsinə imkan yaradır.

Xatırladaq ki, "Bank Technique", "UPT" sistemindən əlavə daha 9 təcili pul köçürmələri sistemi ilə əməkdaşlıq edir: "Western Union", "Privat Money", "Contact", "Blizko", "Lider", "Migom", "Faster", "İBA Express", "Caspian Money Transfer". Bankın xidmət nöqtələrinə yaxınlaşaraq, cəmi bir neçə dəqiqə ərzində dünyanın əksər dövlətlərinə pul köçürə və ya qəbul etmək mümkündür.

Təcili pul köçürmələri xidmətləri Bankın Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran və Tərtərdə yerləşən filial və şöbələri tərəfindən göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti