...

İran Biləsuvarda sərhəd məntəqəsinin iş rejiminin genişləndirilməsinə razılıq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 10:34 (UTC +04:00)
İran sərnişinlərin buraxılışını asanlaşdırmaq üçün Biləsuvar sərhəd məntəqəsinin (İran tərəfindən Culfa) iş rejiminin genişləndirilməsinə razılığını verib.
İran Biləsuvarda sərhəd məntəqəsinin iş rejiminin genişləndirilməsinə razılıq verib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbirlər Təmkin Cəfərov, Hüseyn Vəliyev/

İran sərnişinlərin buraxılışını asanlaşdırmaq üçün Biləsuvar sərhəd məntəqəsinin (İran tərəfindən Culfa) iş rejiminin genişləndirilməsinə razılığını verib. Trend-in məlumatına görə, bu barədə avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunları üzrə imzalanmış protokolun mətnində deyilir.

Belə ki, İran beşinci gündən başqa (İranda yeganə istirahət günü), həftənin bütün günlərində məntəqənin iş rejiminin genişləndirməyə hazır olduğunu ifadə edib.

Sənəddə deyilir: "Cümə günləri üzrə bənzər tədbirlərin mümkünlüyü müvafiq strukurlar tərəfindən müzakirə olunacaq, bundan sonra İran tərəfi azərbaycanlı həmkarlarını bu barədə məlumatlandıracaq".

Azərbaycan isə öz növbəsində, "Biləsuvar-Culfa" məntəqəsinin bütün həftə ərzində 24 sat iş rejiminə keçirmək imkanına baxmağı təklif edib.

Azərbaycan, həmçinin İrandan ölkənin ərazisinə girən nəqliyyat vasitələrin həcmlərinin və qabaritlərinin artırılması üzrə İslam Respublikasının təklifini nəzərdən keçirəcək.

Sənəddə vurğulanır ki, İran Azərbaycanın müvafiq strukturları ilə məsləhətləşmələr aparıldıqdan sonra vəziyyətin inkişafı haqqında məlumatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti