...

"AtaBank"ın aktivləri 5 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2014 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/

"AtaBank" ASC-nin 2014-cü il iyul ayının maliyyə nəticələri uğurlu olub. Belə ki, 2013-cü ilin sonu ilə müqayisədə aktivlər 5,4% və ya 20,4 mln. manat artaraq 395,3 mln. manat olub.

Bankdan Trend-ə verilən məlumata görə, aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olub. Ümumi kredit portfeli 9,8% və ya 23,8 mln. manat artaraq 265,5 mln. manat təşkil edib.

Hesabat dövrünə bankın depozit portfelində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 2,4% və ya 5,9 mln. manat artaraq 250,0 mln. manat təşkil edib. Qeyd edək ki, 2013-cü ilin sonunda bu göstərici 244,1 mln. manat olub.

2013-cü ilin sonu ilə müqayisədə bankın nizamnamə kapitalı 18,7% və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olub.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 13-ü isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Daha ətraflı məlumat üçün: www.atabank.com və ya www.facebook.com/atabank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti