...

Şahin Mustafayev Qəbələdə vətəndaşları bu həftə qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2014 19:39 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə növbəti vətəndaş qəbulu sentyabrın 26-da Qəbələdə keçiriləcək.
Şahin Mustafayev Qəbələdə vətəndaşları bu həftə qəbul edəcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə növbəti vətəndaş qəbulu sentyabrın 26-da Qəbələdə keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 10:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) təşkil olunacaq qəbula gəlmək istəyən Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarının sakinləri qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və (012) 493-14-56, (012) 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Qeyd edək ki, Ş.Mustafayev tərəfindən Qəbələdə keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu bundan əvvəl avqustun 29-na təyin olunmuşdu.

Xəbər lenti

Xəbər lenti