...

Azərbaycan və Rusiya ilin sonunadək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramını hazırlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan və Rusiya hökumətləri cari ilin sonuna qədər iki ölkə arasında 2020-ci ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının hazırlanmasını tamamlayacaq. Bunu bazar ertəsi Trend-ə hökumətdən deyiblər.

Hökumətdən bildiriblər ki, proqram çoxdan hazırlanır, lakin əvvəllər 2017-ci ilədək olan müddəti əhatə edirdi: "Məlum səbəblərə görə Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bir neçə ildir toplaşmırdı (sonuncu iclas bu ilin sentyabrında oldu). Bunu və itirilmiş vaxtı nəzərə almaqla Azərbaycan tərəfi proqramın fəaliyyət müddətini 2020-ci ilədək uzatmağı təklif edib. Əgər tarix dəyişirsə, deməli, Rusiya ilə ikitərəfli əlaqələrdə baş berən yeniliklər nəzərə alınmaqla proqrama əlavə düzəlişlər etmək lazımdır. Bu dəyişikliklər nəzərə alınmaqla ilin sonunadək proqramın işlənməsinin başa çatdırılması planlaşdırılır".

Rusiya və Qərbin qarşılıqlı sanksiyaları Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üzrə yeni mərhələnin başlanğıcının əsasını qoydu. İki ölkənin hökumətləri qarşılıqlı əmtəə dövriyyəsinin artırılması və birgə müəssisələrin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti