...

"ABB-Moskva" Rusiya Mərkəzi Bankından xəbərdarlıq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2014 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlahə Məmmədli/

Rusiya Mərkəzi Bankının (RMB) apardığı mütəmadi monitorinq zamanı Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan "ABB-Moskva" istiqamətində bankın müştərisi ilə əməliyyatın aparılmasına dair hesabat informasiyasında vaxtın ötməsi aşkar edilib.

Bunu Trend-ə Azərbaycan Beynəlxal Bankından RMB-nin çirkli pulların yuyulması haqqında qanunun pozulmasına görə "ABB-Moskva" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi məsələsini şərh edərkən deyiblər.

Bankdan deyiblər ki, bu qanun pozuntusu bankın fəaliyyəti ərzində birinci hal olduğuna görə xarakteri baxımından bilərəkdən olmayıb və az əhəmiyyətlidir: "Bundan başqa, qanun pozuntusunun törədilməsinə xidmət edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti