...

Mərkəzi Bank VISA şirkəti ilə birlikdə jurnalistlər üçün seminar keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2014 15:56 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) öz mandatına uyğun olaraq, əhalinin maliyyə savadlığının yüksəldilməsi, habelə elektron ödəniş xidmətlərindən istifadə üzrə biliklərin aşılanması və innovativ texnologiyalardan istifadə bacarıqlarının təkmilləşdirilməsi üzrə müxtəlif hədəf qrupları üçün maarifləndirmə tədbirlərinin keçirilməsinə xüsusi diqqət ayırır.
Mərkəzi Bank VISA şirkəti ilə birlikdə jurnalistlər üçün seminar keçirdi (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) öz mandatına uyğun olaraq, əhalinin maliyyə savadlığının yüksəldilməsi, habelə elektron ödəniş xidmətlərindən istifadə üzrə biliklərin aşılanması və innovativ texnologiyalardan istifadə bacarıqlarının təkmilləşdirilməsi üzrə müxtəlif hədəf qrupları üçün maarifləndirmə tədbirlərinin keçirilməsinə xüsusi diqqət ayırır.

AMB-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın 2011-2014-cü illər üzrə strateji planına uyğun olaraq, "Bilik mübadiləsi" layihəsi çərçivəsində "VISA Inc." beynəlxalq kart təşkilatı ilə birlikdə jurnalistlər üçün "Nağdsız ödənişlər" mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd nağdsız ödənişlər, innovativ ödəniş mexanizmləri və bu sahədə mövcud beynəlxalq təcrübə, "VISA Inc." beynəlxalq kart təşkilatının ödəniş kartları bazarında mövqeyi və inkişaf istiqamətləri, mobil ödənişlər və s. haqqında jurnalistlərin məlumatlandırılması olub.

Tədbirdə çıxış edən VISA-nın Qafqaz regionu ölkələri üzrə meneceri İrina Kamxadze VISA şirkətinin yaranma tarixi, fəaliyyəti və həmçinin nağdsız ödənişlərin iqtisadiyyata təsiri, habelə nağdsız ödənişlər sahəsində innovativ texnologiyaların tətbiqi haqqında jurnalistlərə ətraflı məlumat verib.

İnteraktiv formada keçirilmiş seminar zamanı jurnalistlərin sualları cavablandırılaraq, mövcud reallıqlar və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti