Azərbaycan, Bakı, 27 noyabr /Trend/
"Azərsun Holdinq" İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mükafata layiq görülüb.
Bakı Biznes Mərkəzində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" adlı Beynəlxalq Sənaye Konfransı keçirilib.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük töhfə verən "Azərsun Holdinq" şirkəti "Qida sənayesinin inkişafında əldə etdiyi nailiyyətlərə görə" İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mükafatla təltif edilib.
"Azərsun Holdinq"in baş direktoru Savaş Uzana mükafatı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təqdim edib.
"Azərsun Holdinq"ə məxsus Bakı Qida və Yağ fabriki də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən çox yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu müəssisədə istehsal olunan "Zeytun bağları", "Supersun", "Final", "Möcüzə" yağları və digər məhsullar ölkəmizdə olduğu kimi, xarici bazarlarda da istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilir və Azərbaycan adını uğurla təmsil edir. Bu milli markalarımızın ölkəmizin hüdudlarından kənarda da bəyənilməsi isə ilk növbədə onların yüksək keyfiyyətinin və rəqabətədavamlılığının əsas göstəricisidir.
Xatırladaq ki, tədbir "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq keçirilib.