...

Ötən il Azərbaycanda son 10 ilin ən aşağı inflyasiyası müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2015 16:15 (UTC +04:00)
İnflyasiya cəmi 1.5% təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır.
Ötən il Azərbaycanda son 10 ilin ən aşağı inflyasiyası müşahidə olunub

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Ötən il Azərbaycanda son 10 ilin ən aşağı inflyasiyası müşahidə olunub. Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata görə, bu barədə bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirilib.

Qeyd olunub ki, son 10 ildə milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərinləşib. Hazırda ÜDM-in təxminən 76%-ni təşkil edən, həcmi 54 mlrd. dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb. 2014-cü ildə tədiyə balansının cari hesabında 11 mlrd. dollardan çox profisit gözlənilir.

Ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70%-nə çatır. Bu göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənib. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2.7 dəfə üstələyir.

2014-cü ildə ölkədə ümumi iqtisadi artım 2.2% təşkil edib, iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7% artıb. Ötən ildə son 10 ilin ən aşağı inflyasiyası müşahidə olunub. Əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələyib. İnflyasiya cəmi 1.5% təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti