...

Bakı Fond Birjası ilə "KTİB" MMC memorandum imzaladılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 16:53 (UTC +04:00)
“Bakı Fond Birjası” QSC ilə “KTİB” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bakı Fond Birjası ilə "KTİB" MMC memorandum imzaladılar

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"Bakı Fond Birjası" QSC (BFB) ilə "KTİB" MMC arasında "Listinq Məsləhət Proqramı" çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fonddan Trend-ə verilən məlumata görə, BFB İdarə Heyətinin sədri Fariz Əzizov və "KTİB" MMC-nin direktoru Elmar Soltanov arasında imzalanan memorandumun məqsədi şirkətin BFB-də listinqə daxil olması üçün təlim ehtiyaclarının və məsləhət xidmətlərinin ödənişsiz əsaslarla Proqram tərəfindən təmin edilməsi istiqamətində əməkdaşlıq etməyə dair razılığa gəlməkdir.

Bu anlaşma eyni zamanda 2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan "Listinq Məsləhət Proqramı" çərçivəsində Proqram iştirakçılarının Listinqə daxil olmalarına yardım edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti