...

“Expressbank” fotomüsabiqənin qaliblərini mükafatlandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2015 12:16 (UTC +04:00)
“Expressbank” 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirib. 4 fevral 2015-ci il tarixində müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
“Expressbank” fotomüsabiqənin qaliblərini mükafatlandırdı

Azərbaycan, Bakı, 5 fevral /Trend/

"Expressbank" 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında "Gülə-gülə Yeni İlə" adlı fotomüsabiqə keçirib. 4 fevral 2015-ci il tarixində müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunub. Digər 7 iştirakçıya isə "Expressbank" adından korporativ hədiyyələr verilib.

Qeyd edək ki, müsabiqə II mərhələdə keçirilib. I mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar 28 Mall ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. II mərhələdə isə, seçilən 10 şəkil "Expressbank" -ın Facebook səhifəsində yerləşdirilib və "like"lar vasitəsilə səsvermə keçirilib.

"Expressbank" -ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 160-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti