...

"Iteca Caspian" 2015-ci ildə 19 ixtisaslaşdırılmış sərgi və 2 konfransın təşkilini planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 13:14 (UTC +04:00)
“Iteca Caspian” şirkəti 2015-ci ildə ölkə iqtisadiyyatının bir çox sahələrinin əhatə edən 19 ixtisaslaşdırılmış sərgi və 2 konfransın təşkilini planlaşdırır.
"Iteca Caspian" 2015-ci ildə 19 ixtisaslaşdırılmış sərgi və 2 konfransın təşkilini planlaşdırır

Azərbaycan, Bakı, 27 fevral /Trend/

"Iteca Caspian" şirkəti 2015-ci ildə ölkə iqtisadiyyatının bir çox sahələrinin əhatə edən 19 ixtisaslaşdırılmış sərgi və 2 konfransın təşkilini planlaşdırır.

Sərgi mövsümünü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
("AITF 2015"), Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("HOREX Caucasus 2015"), habelə Kater və Yaxtalar ("CİBS 2015") sərgiləri açır. Bu sərgilər aktiv yay turizm mövsümü astanasında ən vacib istiqamət və xidmətləri nümayiş etdirəcək. Daha sonra estafeti nəqliyyat sahəsi üzrə aparıcı tədbir - Nəqliyyat, Tranzit və Loqistika ("TransCaspian 2015") sərgisi və Yol infrastrukturu və İctimai nəqliyyat ("Road & Traffic 2015") sərgisi götürəcək. Bu sərgilər 12-14 may 2015-ci il tarixində təşkil olunacaqdır.

Azərbaycanda elan olunan "Kənd Təsərrüfatı İli" ilə əlaqədar olaraq, Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2015") sərgisinə və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
("Caspian Agro 2015") sərgisinə marağın artması müşahidə olunur. 21-23 may tarixində təşkil olunacaq bu sərgilərdə 250-dən artıq şirkətin iştirakı planlaşdırılır. Həmişəki kimi, regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji ("Caspian Power 2015") sərgisi və regionun ən böyük ixtisaslaşdırılmış - 22-ci Beynəlxalq Xəzər Neft və Qaz
("Caspian Oil and Gas 2015") sərgi və konfransı çıxış edəcək (2-5 iyun).

Qısa fasilədən sonra isə sentyabr ayında payız sərgi mövsümünün açılışı olacaq. Bu mövsümdə bir sıra beynəlxalq sərgilər - 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə ("BIHE 2015"), 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik tibb ("Beauty Azerbaijan 2015"), 9-cu Azərbaycan Beynəlxalq Təhsil ("Education 2015"), 9-cu Azərbaycan Beynəlxalq Karyera ("Career 2015"), 21-ci Azərbaycan Beynəlxalq İnşaat ("BakuBuild 2015"), 8-ci Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri ("Aqua-Therm Baku 2015"), 8-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri ("CIPS Caspian 2015"), 6-cı Beynəlxalq Ətraf mühit ("СТЕ 2015")
və 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
texnologiyaları ("Bakutel 2015") sərgiləri təşkil olunacaq. 2014-cü ildə
böyük uğur qazanmış Xəzər Beynəlxalq Su texnologiyaları ("CATEC") və Azərbaycan Beynəlxalq Müdafiə ("ADEX") sərgiləri isə əvvəlcədən
planlaşdırıldığı kimi 2016-cı ildə təşkil olunacaqdır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti