...

Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2015 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Azad Həsənli/

Aprelin 17-də Sinqapurun iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Sinqapur Biznes Forumu keçiriləcək.

Biznes forumda İKT, nəqliyyatın və biznesin idarə olunması, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metalkəsmə, işıqlandırma, beton hazırlanma avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələri təmsil edən Sinqapur şirkətləri iştirak edəcək.

Qeyd edək kİ, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan və Sinqapur arasında əmtəə dövriyyəsi 101,4 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti