...

Azərbaycanda milli valyutada kreditlər bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2015 14:41 (UTC +04:00)
2015-ci ilin fevralında Azərbaycan bankları əvvəlki aylarla müqayisədə milli valyutada kreditlər üzrə faiz dərəcələrini artırıb, xarici valyutada isə azaldıblar.
Azərbaycanda milli valyutada kreditlər bahalaşıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin fevralında Azərbaycan bankları əvvəlki aylarla müqayisədə milli valyutada kreditlər üzrə faiz dərəcələrini artırıb, xarici valyutada isə azaldıblar.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi məlumata görə, fevralın sonuna milli valyutada Azərbaycan iqtisadiyyatının bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 14,15 faiz təşkil edib. Bu rəqəm 2014-cü ilin yanvarında 13,71 faizə, fevralda isə 14,47 faizə bərabər olub.

Sərbəst dönərli valyutada (SDV) bank kreditləşməsi üzrə orta dərəcə 13,08 faiz təşkil edib. 2014-cü ilin yanvarında bu göstərici 14,28, fevralında isə 14,32 faiz olub.

2015-cü il in fevralında milli valyutada hüquqi şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 9,78 faiz olub. Ötən ilin yanvarında və fevralında bu rəqəm müvafiq olaraq 9,74 və 11,46 faiz təşkil edib. SDV-də korporativ müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 8,89 faiz olub. 2014-cü ilin yanvar və fevralında bu göstərici müvafiq olaraq 9,22 və 10,69 faiz təşkil edib.

2015-cü ilin fevralında milli valyutada fiziki şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 18,65 faiz olub. Ötən ilin yanvarında bu göstərici 18,59 faiz, fevralında isə 18,21 faiz təşkil edib. SDV-də fərdi müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 21,75 faiz olub. 2014-cü ilin yanvar və fevral aylarında bu rəqəm müvafiq olaraq 22,27 faiz və 20,38 faiz faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti