...

Azərbaycanın sığorta şirkəti lisenziyasını bərpa etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2015 21:30 (UTC +04:00)
Azərbaycanın “Era-Trans Insurance” sığorta şirkəti ötən il fəaliyyəti müvəqqəti dayandırılan lisenziyasını bərpa etməyi planlaşdırır.
Azərbaycanın sığorta şirkəti lisenziyasını bərpa etmək niyyətindədir

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanın "Era-Trans Insurance" sığorta şirkəti ötən il fəaliyyəti müvəqqəti dayandırılan lisenziyasını bərpa etməyi planlaşdırır. Bunu Trend-ə şirkətdən deyiblər.

Xatırladaq ki, ötən il noyabrın 25-də Maliyyə Nazirliyi şirkətin lisenziyasını dayandırmaq barədə qərar qəbul etmişdi. Buna şirkətin məcmu kapitalının qanunvericiliklə müəyyən edilmiş minimum tələbə uyğun olmaması, eləcə də sığortaçının fəaliyyətində digər pozuntular səbəb olub.

Şirkətdən bildiriblər ki, qanunvericiliyə əsasən, çatışmazlıqların aradan qaldırılmasına 6 ay vaxt verilib: "Bu müddət 2015-ci il mayın 25-də başa çatır. Bizim hələ vaxtımız var və hazırda fəaliyyət üzrə xüsusi icazənin bərpa edilməsi üçün addımlar atırıq".

Qeyd edək ki, Maliyyə Nazirliyinin qeyri-həyat sığortası üzrə işləyən sığortaçıların məcmu kapitalının minimum həcminə qarşı tələbi 5 milyon manat təşkil edir.

"Era-Trans Insurance" ASC 1994-cü ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti