Azərbaycan, Bakı, 28 aprel /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il aprelin 24-də Ağdaş rayonunun Gürcüva kəndində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması;
- cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]