...

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 20:11 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxda, mayın 27-də isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.
Sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 27 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxda, mayın 27-də isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznes planların və investisiya layihələrinin hazırlanması (üzümçülük təsərrüfatları üçün)", "Marketinq", "Mövcud və yeni ixrac bazarlarına cıxış imkanları", "Sahibkarların hüquqlarının qorunması" mövzularını əhatə edən treninqlərdə biznes plan və onun tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinqin növləri, prinsipləri və istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik, sahibkarların hüquqlarının qorunması və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti