Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Azad Həsənli/
Azərbaycanın ilk bank olmayan kredit təşkilatı (BOKT) ABŞ Daxili Gəlirlər İdarəsinin (IRS) sisteminə qoşulub. Sistemin köməkliyi ilə Azərbaycanın vergi orqanları ABŞ vətəndaşlarının hesabları haqqında məlumatları təqdim edəcəklər.
IRS-dən Trend-ə verilən məlumata görə, "Vision Fund AzerCredit" BOKT sistemdə qeydiyyatdan keçib.
Qeyd edək ki, Azərbaycan və IRS amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə hökumətlərarası sazişin bağlanması haqqında razılaşma əldə ediblər. 2014-cü il iyulun 1-dən başlayaraq ölkənin bütün bankları IRS sisteminə qoşulmalıdır.
Bu gün sistemdə qeydiyyatdan keçən bankların sayı 44-ə (ölkədə 45 bank fəaliyyət göstərir) çatıb.