...

Azərbaycan və Avstriya biznesi region bazarına birgə çıxış planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2015 12:38 (UTC +04:00)
Azərbaycan və Avstriya biznesi region bazarına birgə çıxış planlaşdırır.
Azərbaycan və Avstriya biznesi region bazarına birgə çıxış planlaşdırır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və Avstriya biznesi region bazarına birgə çıxış planlaşdırır.

Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumu zamanı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, Azərbaycan regional şəbəkə rolunu oynaya bilər və biz buna çalışırıq.

Nazir qeyd edib ki, hazırda informasiya-telekommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq Azərbaycan və Avstriya arasındakı əməkdaşlıq istiqamətində əsas və prioritet məsələdir: "Azərbaycanda İKT sahəsi yüksək templə inkişaf edir və bu böyük Avropa şirkətlərinin ölkəyə marağını artırır. Avstriya ilə bu və digər sahələrdə əməkdaşlıq Azərbaycan üçün çox əhəmiyyətlidir. Biz Avstriya investisiyalarının artırılması və bu ölkə şirkətlərinin Azərbaycanda sayının artırılmasında maraqlıyıq. Həmçinin Avstriya və Azərbaycan şirkətlərinin region ölkələrinə birgə çıxışı nəzərdən keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti