...

Masallının inkişafı üçün investisiya layihələrinin qəbuluna başlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2015 13:38 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Masallı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Masallının inkişafı üçün investisiya layihələrinin qəbuluna başlandı

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Masallı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Trend-in SKMF-nin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Fond bu il iyunun 11-də Masallı rayoununun Sığıncaq kəndində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;

- istixana, cins heyvandarlıq, intensiv kartofçuluq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması;

-ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş istehsalı və çiyələk emalı müəssisələrinin yaradılması.

Artıq sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti