...

Gədəbəy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2015 15:14 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy rayonunun Slavyanka kəndində işgüzar forum keçirib.
Gədəbəy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Azad Həsənli/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy rayonunun Slavyanka kəndində işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;

- cins heyvandarlıq, intensiv kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının yaradılması;

- meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması;

- şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti