...

İcazələrin informasiya portalından istifadə edənlərin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2015 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyun ayında 7300-ə yaxın, indiyədək isə 380 minə yaxın internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyun ayında portala yerli istifadəçilərlə yanaşı, xaricdən, o cümlədən ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya və s. ölkələrdən olan istifadəçilər də müraciət ediblər.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti