...

Azərbaycanda ipoteka kreditləşməsi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2015 05:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Azad Həsənli/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2015-ci ilin yanvar-iyun aylarında 56,5 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12 faiz azdır. Trend-in məlumatına görə, bu barədə AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

Hesabata əsasən, iyunda AİF xətti ilə 9,5 milyon manat kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,75 faiz çoxdur.

2015-cü ilin iyun ayı ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 37,8 milyon manat təşkil edib.

Hesabat dövründə müvəkkil banklar tərəfindən verilən orta aylıq kredit məbləği 40584 manat, kreditin orta ödəniş müddəti - 279 ay, orta illik faiz dərəcəsi - 6,73 faiz, orta aylıq ödəniş - 297,4 manat təşkil edib.

Bu ilin iyun ayında dövlət büdcəsindən AİF-ə 4,7 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti