Azərbaycan, Bakı, 13 avqust /Trend/
Avqustun 12-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Trend-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi azalaraq 1,0485 manata düşüb.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası artaraq 1,1684 manat olub.