...

“Coca-Cola” şüşə qabının 100 illiyi: Azərbaycanda təntənəli kampaniya

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2015 15:23 (UTC +04:00)
Dünyaca tanınmış “Coca-Cola” şüşə qabı bu il özünün 100 illik yubileyini qeyd edir.
“Coca-Cola” şüşə qabının 100 illiyi: Azərbaycanda təntənəli kampaniya

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Dünyaca tanınmış "Coca-Cola" şüşə qabı bu il özünün 100 illik yubileyini qeyd edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bir əsr boyu bu şüşə qablaşdırma əksər insanların həyatının ayrılmaz hissəsinə çevrilməklə zamanın simvolu qismində kinematoqrafiya, dizayn və incəsənət sahələrinin dəyərli nümunələrinin yaradılmasında ilham mənbəyi kimi çıxış edib.

Kontur xətli şüşə qab qəribə və maraqlı tarixçəyə malikdir. Yeni qablaşdırmanın tətbiq edilməsi barədə qərar ilk dəfə 1899-cu ildə qəbul olunub. Sadə dizayna malik "Coca-Cola" butulkasının geniş yayılması saxtakarlıq hallarının artması ilə müşayiət olunurdu. Beləliklə, 1915-ci ildə "The Coca-Cola Bottling Company" hətta qaranlıqda sadə bir toxunuşla ayırd ediləcək və sındığı halda qırıntılarına görə tanınacaq fərqli dizayna malik şüşə qabın hazırlanması üçün müsabiqə elan etmişdir. Nəticədə ABŞ-ın İndiana ştatında fəaliyyət göstərən "Root Glass" şirkəti tərəfindən yaradılan və hazırda hamımızın tanıdığı "Coca-Cola" şüşə qabı dizaynı qalib gəlib. Təqdim olunan yeni dizayn kakao bitkisinin toxumlarının forması və onun üzərindəki xətlərdən ilhamlanaraq yaradılıb.

1918-ci ildə "The Coca-Cola Company" ilk dəfə olaraq yeni qablaşdırmaya həsr olunmuş milli reklam kampaniyası başlatdı. Daha sonra "Coca-Cola" butulkası Amerikanın milli simvoluna çevrilmiş və artıq 1949-cu ildə ABŞ əhalisinin 99%-i şüşə qabı sadəcə formasına görə tanıyırdı. Növbəti ildə "Coca-Cola" butulkası "Time" jurnalının üz qabığında dərc olunur. "Coca-Cola" adıçəkilən nəşrin üz qabığında yer almış ilk kommersiya məhsulu idi. 1951-ci ildə özəl formaya malik şüşə qab ticarət nişanı statusunu alır.

"Coca-Cola" butulkasının tanınması ilə şüşə qabın pop sənətindəki rolu durmadan artırdı. Ötən əsrin 20-ci illərinə xas dəb tendensiyalarına əsasən xalq arasında onu "ətəkli butulka" adlandırır və dövrün tanınmış aktrisası Mey Uestin adı ilə çağırardılar. Kontur xətli "Coca-Cola" şüşəsi haqda yazılar yalnız ABŞ-da deyil, ölkə hüdudlarından kənarda da dəb, pop sənəti və incəsənətə həsr olunmuş müxtəlif nəşrlərdə daha çox dərc olunmağa başlandı. İndiyədək bütün dünyada milyonlarla insana sevinc bəxş edən və yeni ilə həsr edilmiş reklam çarxlarının əsas qəhrəmanı olan xeyirxah Santa Klaus obrazı da "Coca-Cola"nın tanınmasında rol oynayıb.

100 il ərzində xalq arasında və peşəkar dairələrdə "Coca-Cola" şüşə qabı müxtəlif adlar alıb, həmçinin fərqli formalarda istifadə edilib. Məsələn, blüz janrının nümayəndələri slayd gitara ifası zamanı şüşə qabın boğaz hissəsindən istifadə edərdilər. Qabarıq linzalara malik eynəkləri isə "Coca-Cola" butulkası adlandırırdılar.

Yalnız fərqli dizayna görə deyil, həm də sındığı halda qırıntılara əsasən tanınan əfsanəvi şüşə qabın ildönümünün qeyd olunması genişmiqyaslı xarakter daşıyır. Yubileylə əlaqədar keçirilən qlobal kampaniyalar ilboyu davam edəcək. Kampaniya çərçivəsində ikonik butulkaya həsr olunmuş yeni reklam çarxları və himnin təqdimatı, o cümlədən Endi Uorhol, Norman Rokvel, Piter Bleyk kimi dünyaca tanınmış rəssamların əsərlərinin sərgisi təşkil olunur.

"Unikal kontur xətli "Coca-Cola" şüşə qabı tariximizin və dayanıqlı inkişafımızın simvollarından biridir. Onun 100 illiyi bizim üçün əhəmiyyətli bir hadisədir. Bununla bağlı olan sevincimizi Azərbaycan əhalisi ilə paylaşmaq üçün televiziya, radio, Bakının küçələri və internetdə genişmiqyaslı kampaniya həyata keçiririk. Kampaniya hər kəsi cəlb etməklə artıq uzun illərdir ki, əfsanəvi sayılan kontur xətli butulkamızın zəngin tarixini nümayiş etdirəcək", - deyə "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel vurğulayıb.

"Coca-Cola" - sadəcə içki deyil, həm də parlaq təəssüratlar, oyunlar, idman, musiqi ilə zəngin sağlam və fəal həyat tərzi fəlsəfəsinin təcəssümüdür! Təsadüfi deyil ki, yubiley proqramının mühüm tərkib hissələrindən biri kanadalı ifaçı və bəstəkar Françesko Yets tərəfindən əfsanəvi butulkaya həsr olunmuş "Nobody Like You" adlı himnin hazırlanmasıdır. "Nobody Like You" mahnısı artıq internet istifadəçilərinə təqdim olunub və il ərzində dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanın radiodalğalarında səslənəcək.

Bilavasitə Azərbaycanda yubiley kampaniyası televiziya reklamı, radio və şəhər mühiti, həmçinin bir sıra promo-aksiyalar vasitəsilə müxtəlif istiqamətlərdə həyata keçirilir.

Televiziya kampaniyası çərçivəsində avqustun 31-dək xüsusi olaraq şüşə səbəbkara həsr olunmuş üç reklam çarxı nümayiş etdirilməkdədir: "Pssst", "Curves" və "Rocket Launch". Şəhər ərazisində "100 il buz kimi" yazısı əks olunmuş parlaq reklam lövhələri Bakı sakinləri və paytaxtın qonaqlarını salamlayır.

Bundan əlavə, "Milyonlarla 1L "Coca-Cola" Hədiyyə" adlı xüsusi promo-aksiyaya start verilib. Aksiya çərçivəsində sentyabr ayının 9-dək 2 və 2,5 litrlik qabların qapağı altında 1 L simvolunu tapan hər kəs onu müvafiq olaraq 1 litrlik pulsuz "Coca-Cola"ya dəyişə bilər.

Öz növbəsində "Coca-Cola" məhsulları satılan müxtəlif mağazalarda keçirilən "Iconic" adlı kampaniya 100 il ərzində tarixi butulkanın Elvis Presli, Merlin Monro və Rey Çarlz kimi musiqi ikonaları tərəfindən "öpüldüyünü" nümayiş etdirir.

İstehlakçılara öz zəngin irsini ötürmək üçün "Coca-Cola" şirkəti "Story of the Coca-Cola Bottle App" adlı tətbiq hazırlayıb. Bu tətbiq "Coca-Cola" arxivinə interaktiv səyahət etməyə və butulkanın tarixi ilə şirkətin Atlantadakı (ABŞ) qərargahında tanış olmağa imkan verir. Mobil tətbiq pulsuz olaraq "Apple" və "Android" platformalarında istifadə oluna bilər.

Kontur xətli şüşə qabın 100 illiyinə həsr olunmuş kampaniya 31 avqust tarixinədək davam edəcək.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti