...

SKMF yeni investisiya layihələrinin qəbuluna başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2015 12:08 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
SKMF yeni investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan, Bakı, 15 avqust /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, müasir çörək istehsalı müəssisəsinin, südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin bütün hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti