...

Azərbaycanda payız sərgi mövsümü

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2015 13:34 (UTC +04:00)
Bazarda yeni fəaliyyət sahələrini fəth etmək vaxtıdır. 2015-ci ilin sonuna kimi, beynəlxalq sərgi və konfransların təşkilatçıları - “Iteca Caspian” və “Сaspian Event Оrganisers” (“CEO”) şirkətləri 11 beynəlxalq sərgi keçirəcəklər.
Azərbaycanda payız sərgi mövsümü

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Bazarda yeni fəaliyyət sahələrini fəth etmək vaxtıdır. 2015-ci ilin sonuna kimi, beynəlxalq sərgi və konfransların təşkilatçıları -
"Iteca Caspian" və "Сaspian Event Оrganisers" ("CEO") şirkətləri 11
beynəlxalq sərgi keçirəcəklər. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək.

Payız sərgi təqviminə Azərbaycan beynəlxalq "Səhiyyə" ("BIHE"), "Stomatologiya" ("Stomatology Azerbaijan"), "Gözəllik və Estetik tibb" ("Beauty Azerbaijan"), "Təhsil" ("Education"), "Karyera" ("Career"), "İnşaat" ("BakuBuild"), "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri" ("AquaTherm Baku"), "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" ("CIPS Caspian"), "Ətraf mühit" ("CTE") və "Telekommunikasiya və İnformasiya texnologiyaları" ("BakuTel") sərgiləri daxildir. Keçirildikləri illər ərzində sərgilər Xəzər regionunda lider mövqeyi qazanmış və ixtisaslaşdıqları sahələr üzrə mütəxəssislərin ənənəvi görüş yerinə çevrilmişdir.

15 oktyabr tarixində "Fairmont Baku" otelində təşkil olunacaq "Davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə 1-ci Azərbaycan konfransı" ("Baku CSR Conference 2015") ölkə üçün yeni mövzuya toxunacaq. Bu konfrans davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə yerli və xarici metodların mənimsənilməsinə imkan yaradan unikal məkandır. Debüt konfransın məqsədi ölkənin hazırkı vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.

"Caspian Event Organisers" ("CEO") şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu konfrans artıq biznes ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Debüt konfransın 300 nəfərdən artıq nümayəndə və təxminən 30 nəfər spikeri bir araya toplayacağı gözlənilir. "Baku CSR Conference" konfransın baş sponsoru SOCAR, gümüş sponsoru isə "Access Bank"-dır. "EY" şirkəti konfransın konsaltinq-tərəfdaşı qismində çıxış edir.

Payız mövsümündə ilk növbədə "Iteca Caspian" şirkətinin təşkil etdiyi 21-ci Azərbaycan Beynəlxalq "Səhiyyə" ("BIHE 2015"), 10-cu Yubiley Azərbaycan Beynəlxalq "Stomatologiya" ("Stomatology Azerbaijan 2015") və 9-cu Azərbaycan Beynəlxalq "Gözəllik və Estetik tibb" ("Beauty Azerbaijan 2015") sərgiləri öz qapılarını ziyarətçilərin üzünə açacaq. Bu sərgilər 18-20 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. "BIHE" sərgisi artıq 20 ildən çoxdur ki, səhiyyə mütəxəssislərinin ənənəvi görüş yerinə, eləcə də tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş
olunduğu məkana çevrilmişdir. Sərgi iştirakçılarının siyahısında artıq 15 ölkəni təmsil edən 120-dən çox şirkət yer alır. Bu il sərgidə Çexiya Respublikası öz milli stendi ilə çıxış edəcək. Sərgidə ilk dəfə olaraq Rusiyanın əczaçılıq şirkətləri Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə birgə stendlə çıxış edəcəklər. Beləliklə, bu il "BIHE" iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edəcək.

Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın aparıcı istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların nəhəng yerli distribyutorları da iştirak edəcəklər. Yerli distribyutorlar arasında "ARASH Medical", "Besan", "Vitta", "Labservis" və digər şirkətlər yer alır. Sərgi "Tibbi turizm" sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri sərgidə birgə milli stendlə çıxış edəcək.

Sərgidə həmçinin xarici klinika, sanatoriya və istirahət evləri ilə
yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il "Tibbi turizm" sektoru Türkiyə Turizm Agentlikləri
Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir...

Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, bu nömrələrə müraciət edin.

Tel.: +994 12 4041008

Faks: +994 12 4041001

E-mail: prmanager @iteca.az

www.iteca.az və www.ceo.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti