...

Sabirabadda investisiya layihələrinin qəbuluna start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 09:35 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunda sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Sabirabadda investisiya layihələrinin qəbuluna start verilir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunda sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan Trend-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il sentyabrın 3-də Sabirabad rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;
- çörək, ketçup, mayonez və xardal sousu, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması;
- iri fermer, kiçik cins heyvandarlıq, intensiv bağçılıq (nar, xırnik) və tərəvəzçilik (lobya) təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Sahibkarlığa Kömək Milli Fondu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti