...

Sahibkarların nəzərinə: Xəzər rayonunda investisiya layihələri qəbul olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2015 15:21 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Sahibkarların nəzərinə: Xəzər rayonunda investisiya layihələri qəbul olunur

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fond 2015-ci il sentyabrın 23-də Xəzər rayonunun Türkan qəsəbəsində işgüzar forum keçirmişdi. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- istixana, zeytunçuluq və üzümçülük (istixana şəratində) təsərrüfatlarının yaradılması;
- ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti