...

Şamaxı sahibkarlarından investisiya layihələrinin qəbuluna start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2015 11:03 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır
Şamaxı sahibkarlarından investisiya layihələrinin qəbuluna start verildi

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci il oktyabrın 15-də Şamaxı rayonunun Muğanlı kəndində işgüzar forum keçirilib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması;
- üzümçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin) yaradılması;
- pendir, ət kəsimi, şirniyyat məhsulları və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti