...

“AtaSığorta” ASC jurnalistlər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2015 14:09 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının qabaqcıl şirkətlərindən biri olan “AtaSığorta” ASC maraqlı aksiya təşkil edib. 25 oktyabr 2015-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində KİV nümayəndələri arasında “Nə? Harada? Nə vaxt?” oyunu keçirilib.
“AtaSığorta” ASC jurnalistlər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirdi (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycanın sığorta bazarının qabaqcıl şirkətlərindən biri olan "AtaSığorta" ASC maraqlı aksiya təşkil edib. 25 oktyabr 2015-ci il tarixində "Excelsior Hotel & Spa Baku" otelində KİV nümayəndələri arasında "Nə? Harada? Nə vaxt?" oyunu keçirilib.

Oyun "Game TV"-nin təşkilatçılığı ilə təşkil edilmişdi. Münsiflər heyətini "AtaHolding" ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, "AtaSığorta" ASC Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev, "Sbuket" şirkətinin nümayəndəsi Ayxan Nəsibli, "Caspian Coast" şirkətinin nümayəndəsi Rufiq Allahverdiyev təmsil edirdilər.

İntellektual yarışın açılışında çıxış edən Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova "Nə? Harada? Nə vaxt?" oyununun iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. "AtaSığorta" ASC İdarə Heyətinin sədr müavini Orxan Məmmədov qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd əməkdaşlıq etdiyimiz KİV nümayəndələi ilə qeyri-rəsmi atmosferada ünsiyyət yaratmaqdır. Bundan başqa, intellektual səviyyəni nümayiş etdirmək üçün əla imkandır.

Oyunun sonunda, hər bir jurnalist yarışın təşkilatçılığı və yarışla bağlı öz təəssüratlarını bildirdi. Ümumi rəy turnirin yaxşı təşkil edilməsinə gətirildi və hamı dəvət üçün təşəkkür etdi. "Nə? Harada? Nə vaxt?" oyununun komanda qaliblərinə və iştirakçılarına sertifikat və "AtaSığorta" ASC, "Caspian Coast" və "Sbuket" şirkətlərindən xatirə hədiyyələri verildi.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti