...

Bakıda İranın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılması müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə İranın dövlət televiziyasının rəsmi xəbər saytı "iribnews" İranın Ərdəbil Əyalət başçısının beynəlxalq əlaqələr üzrə müavini Ərjrəng Əziziyə istinadən məlumat verib.

Ə.Əzizi deyib ki, səfərdə M.Xudabəxşi müşayiət edən 20 nəfərlik nümayəndə heyətinin tərkibində özəl sektorda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də olacaq: "Səfər yaxın bir ay ərzində baş tutacaq. Səfərin məqsədi İran və Azərbaycan arasında əlaqələrin xüsusi ilə iqtisadi sahədə inkişaf etdirilməsidir. Səfərdə Azərbaycan rəsmiləri ilə İranın Ərdəbil əyalətində istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılması məsələsi müzakirə olunacaq."

Onun sözlərinə görə, səfərdə həmçinin Azərbaycanla İran arasında Biləsuvar sərhəd keçid məntəqəsində mövcud olan problemlərin həlli yolları da müzakirə olunacaq.

Ə.Əzizi deyib ki, Ərdəbil əyalətinin başçısı və onu müşaiyət edən heyət Azərbaycandan sonra Rusiyaya da səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti